Qəzzaya ərzaq tədarükü kəskin şəkildə azalıb

 17:43 02.10.2024     74

İsrailin humanitar yardımların ölkəyə girişi üçün yeni qaydalar tətbiq etməsindən sonra Qəzza zolağına ərzaq tədarükü son həftələrdə kəskin şəkildə azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb .

Məlumata görə, yeni tənzimləmə İordaniyadan İsrail üzərindən Qəzzaya yardım çatdırmaq üçün BMT-nin icarəyə götürdüyü konvoylara şamil edilir. İsrail hakimiyyətinin əmrinə əsasən, bu marşrutla yardım göndərən yardım işçiləri pasport məlumatları olan anketi doldurmalı və yüklə bağlı hər hansı yanlış məlumata görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

Yardım təşkilatları qoyulan tələbə etiraz edirlər, çünki onlar işçiləri üçün hüquqi problemlərə səbəb ola biləcəyindən ehtiyat edirlər. 

Türkan İSGƏNDƏRLİ