Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu DƏSTƏKLƏMİR

 21:37 02.10.2024     78

ABŞ Prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və Tehranın “proporsional şəkildə” cavab verməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, ABŞ Prezidenti Bayden "Helen" qasırğasının ziyan vurduğu iki ştatdan Cənubi Karolina və Şimali Karolinanı ziyarət etmək üçün təyyarəsinə minməzdən əvvəl mətbuat mənsubları ilə birlikdə Yaxın Şərqdəki son vəziyyəti qiymətləndirib.

Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib.

Seymur BƏNNAYEV