ABŞ İsraili İranın nüvə obyektlərinə mümkün zərbələrdən çəkindirir - Metyu Miller

 23:29 02.10.2024     85

ABŞ administrasiyası hesab edir ki, İsrailin İranın nüvə obyektlərinə hipotetik zərbə endirməsi Yaxın Şərqdəki vəziyyəti ciddi şəkildə gərginləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Biz çoxdan açıq şəkildə bildirdik ki, tammiqyaslı regional eskalasiya görmək istəmirik. İsrailin dünən baş verənlərə cavab vermək hüququ var. Bu, İran tərəfindən misli görünməmiş bir hücum idi - İsrail dövlətinə 200-ə yaxın ballistik raket atdı. Hələ ki, biz İran tərəfindən İsrailə qarşı yönəlmiş heç bir şey görməmişik. Buna görə də İsrail, əlbəttə ki, cavab verməlidir və biz bu cavabın necə ola biləcəyini onlarla müzakirə etməyə davam edəcəyik, lakin biz genişmiqyaslı regional müharibəyə gətirib çıxaracaq istənilən hərəkətlər istəmirik”, - diplomat qeyd edib.

Qeyd edək ki, oktyabrın 2-də İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İslam Respublikası ərazisində yerləşən nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcəyinə əminliyini ifadə edib.

xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ballistik və hipersəs raketləri ilə İsrailə kütləvi hücuma keçib.

Turan İSMAYIL