Livan XİN Nəsrullahın ölüm ərəfəsində atəşkəsə razılaşdığını AÇIQLADI

 23:38 02.10.2024     87

"Hizbullah"ın baş katibi Həsən Nəsrullah Beyrutda İsrailin hücumu zamanı öldüyü ərəfədə İsraillə atəşkəsə razılaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Abdullah Həbib CNN telekanalının efirində bildirib.

"O, razılaşdı. Bəli, Livan tərəfi razılaşdı. Biz "Hizbullah"la məsləhətləşdik, Livan parlamentinin sədri Nəbih Berri "Hizbullah"la məsləhətləşdik və ABŞ və Fransa nümayəndələrini qərar haqqında məlumatlandırdıq", - Həbib deyib.

Turan İSMAYIL