Kazan hava limanı uçuşları dayandırdı
Kazan hava limanı təyyarələrin göndərilməsini və qəbulunu müvəqqəti dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" Federal Hava Nəqliyyatı Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər oktyabrın 3-də Moskva vaxtı ilə saat 06:00-dan (Bakı vaxtı ilə saat 07:00) etibarən mülki aviasiya vasitələrinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Federal Hava Nəqliyyatı Agentliyi əmin edib ki, ekipajlar, hava hərəkəti dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Hava limanının niyə müvəqqəti məhdudiyyətlər tətbiq etdiyi açıqlanmayıb.
Sevinc İBRAHİMZADƏ