Paşinyan Fransaya GETDİ

 10:13 03.10.2024     168

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Nazirlər Kabinetinin mətbuat xidməti "Telegram"da məlumat yayıb.

Məlumata görə, o, Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Səfər oktyabrın 5-də bitəcək.

Makronla danışıqlardan əlavə, Paşinyan Fransanın baş naziri Mişel Barnye ilə də görüş keçirəcək. Bundan başqa, siyasətçi Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcək.

Türkan İSGƏNDƏRLİ