Ukraynada daha iki azərbaycanlı həlak oldu - FOTO

 10:16 03.10.2024     247

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Redaktor.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba oğlu endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov

Fotoda Cəfər Mustafayev

 

Vumart və Güvən reklamı Vumart Güvən