Bu gün maqnit qasırğası başlayacaq
Oktyabrın 3-ü axşam Yer kürəsində güclü maqnit qasırğası başlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı eksperti Mixail Leus öz "Telegram" kanalında məlumat verib.
Bildirilib ki, oktyabrın 4-ü səhər saatlarında G3 sinfi olacaq və oktyabrın 5-i axşam saatlarında başa çatacaq. Həmin vaxt auroraların yaranması ehtimalı var.
Sevinc İBRAHİMZADƏ