Rusiya Livana 33 ton humanitar yardım göndərdi
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Livan xalqı üçün Beyruta humanitar yardım çatdırıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Livanın paytaxtına 33 ton humanitar yük gətirilib.
Xüsusi reyslə daşınmaya ərzaq, dərmanlar, ilkin tələbat malları və 80 kVt gücündə elektrik stansiyaları daxildir.
Yardım Livanın xahişi əsasında həyata keçirilib. Humanitar əməliyyat Rusiya Prezidenti Vladimir Putin və fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişlərinə əsasında yerinə yetirilib.
Türkan İSGƏNDƏRLİ