Rusiya Qərbə xəbərdarlıq ETDİ

 17:39 03.10.2024     77

Moskva Kiyev rejiminin qərb sponsorlarını oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitinə təsir etmək cəhdlərinə qarşı xəbərdarlıq edir. 

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini, Rusiyanın BRİKS-dəki sədri Sergey Ryabkov deyib.

"Mən ilk növbədə Kiyevin Qərb sponsorlarına xəbərdarlıq etmək istərdim ki, vəziyyətə, xüsusən də Kazan sammitinə təsir göstərməyə çalışmasınlar. Bu, böyük səhv olardı", - o, BRİKS-ə hazırlıqla bağlı keçirilən mətbuat konfransında qeyd edib. 

Qeyd edək ki, bu il Rusiya BRİKS-ə sədrlik edir. O, 200-dən çox tədbiri əhatə edir və qrupun oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində yekunlaşacaq.

Türkan İSGƏNDƏRLİ