Borel Yaxın Şərqə müraciət ETDİ
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Yaxın Şərqdəki münaqişə tərəflərini nüvə obyektlərinə hücumlara qarşı xəbərdar edib.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının audiovizual xidmətinin saytı məlumat yayıb.
"Bu gün çatdırmaq istədiyim ilk mesaj, nüvə qurğularına hücumlara icazə verməmək üçün Aİ-nin qəti tələbidir. Avropa İttifaqı dünyada hər hansı bir nüvə qurğusuna hücumla bağlı həmişə qəti mövqe nümayiş etdirib. Hətta Ukrayna və Rusiya ilə bağlı mövqeyimiz də belə idi. Bu böyük təhlükə deməkdir", - diplomat bildirib.
Türkan İSGƏNDƏRLİ