Rusiya Ukrayna ilə birbaşa əlaqəyə razı deyil

 17:55 03.10.2024     75

Rusiya Ukrayna ilə birbaşa təmas imkanlarını görmür, lakin böhranın həlli üçün konstruktiv təkliflərə açıqdır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini, Rusiyanın BRİKS-dəki sədri Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Moskva dəfələrlə vurğulayıb ki, o, münaqişənin siyasi və diplomatik həllinə açıqdır. Həmçinin bütün tərəflərin maraqlarını nəzərə aldıqda bütün ölkələrin mənalı təkliflərini alqışlayır.

Ryabkov əlavə edib ki, digər ölkələrin, xüsusilə də Qərbin Rusiya və Ukrayna sülhünə hörmətlə yanaşır.

Türkan İSGƏNDƏRLİ