Suriyada SEPAH-ın komandiri ÖLDÜRÜLDÜ

 18:39 03.10.2024     70

İsrailin Suriya paytaxtı Dəməşqi bu günlərdə vurması nəticəsində yaralanan İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) müşaviri Məcid Divani oktyabrın 3-də ölüb.

Redaktor.az xəbər verir ki, məlumatı İSNA yayıb.

Bildirilib ki, Məcid Divani SEPAH-ın aparıcı fiqurlarından olub. Məlumata görə, o, oktyabrın 1-də İsrailin Dəməşqi vurması nəticəsində yaralanıb. İnformasiyaya əsasən, həmin gün üç nəfər ölmüş, doqquz nəfər yaralanmışdı.

Ölənlər arasında suriyalı jurnalist Səfəə Əhməd də olub.