İsrail ordusunun hücumu nəticəsində 2 Livan əsgəri həlak OLDU

 21:38 03.10.2024     86

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumlarda 2 Livan əsgərinin həlak olduğu, 1 Livan əsgərinin isə yaralandığı açıqlanıb.

Redaktor.az xəbər verir ki, Livan Silahlı Qüvvələrinin "X" sosial media hesabından verilən açıqlamada İsrail ordusunun həyata keçirdiyi hücumda Livan Qızıl Xaç Cəmiyyəti ilə Taybe qəsəbəsində çalışan bir əsgərin həlak olduğu, bir əsgərin isə yaralandığı bildirilib.

Seymur BƏNNAYEV