İsrail Hizbullahın mətbuat ofisini VURDU

 21:41 03.10.2024     80

İsrail ordusunun Livanın paytaxtı Beyrutda "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsində həyata keçirdiyi hücumda Hizbullahın mətbuat ofisi vurulub.

Redaktor.az xəbər verir ki, İşğalçı İsrail ordusu Dahiyənin Harat Hıreyk rayonunda Hizbullahın mətbuat ofisini hədəfə alıb.

Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərinə görə, Dahiyənin Muəvvad rayonunda İsrail ordusunun hücumu nəticəsində bir bina tamamilə dağılıb.

Seymur BƏNNAYEV