Ermənistan Parisdə keçmiş prezidentin iqamətgahını ALDI
Ermənistan Fransadakı səfirliyi üçün 23 milyon avroya yeni bina alıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində paylaşım edib.
O bildirib ki, həmin bina Fransanın keçmiş prezidenti Valeri Jiskar D'Estanin iqamətgahı olub və hazırda isə Ermənistan Respublikasının mülkiyyəti sayılır.