Rus diplomatların ailələri Beyrutdan təxliyə EDİLDİ
Rusiya Beyrutdan diplomatlarının 60 ailə üzvünü təxliyə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Beyrutda humanitar yardımı boşaltdıqdan sonra Livanda xidmət edən rusiyalı diplomatların 60 ailə üzvünü təxliyə edib.
Həmin gün Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov Rusiya vətəndaşlarına İsraili müvəqqəti tərk etməyi tövsiyə edib, bu isə müntəzəm uçuşlar vasitəsilə hələ ki, mümkündür.