İsrail İrandakı neft obyektlərini hədəfə alacaq? - Bayden açıqladı
Bayden İsrailin İranın neft obyektlərinə hücum etmə ehtimalı ilə bağlı "Hazırda bunu müzakirə edirik" deyib.
Redsktor.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrail-İran arasında yaşanan gərginliklə bağlı açıqlamalar verib.
Bayden, "İsrailin İranın neft obyektlərinə hücumunu dəstəkləyirsinizmi?" sualına: "Hazırda bunu müzakirə edirik", - deyə cavab verib.
"İsrailə İrana cavab verməyə icazə verəcəksinizmi?" sualına Bayden: "İlk növbədə İsrailə icazə vermirik, məsləhət veririk. Bu gün heç nə olmayacaq. Bu barədə sonra danışacağıq", - deyib.
Seymur BƏNNAYEV