“Helen” qasırğası nəticəsində ölənlərin sayı 200-ə ÇATDI

 23:10 03.10.2024     219

Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran "helen" qasırğasının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı artmaqda davam edir.

Redaktorşaz xəbər verir ki, rəsmilərin açıqlamasına görə, qasırğanın yaratdığı güclü külək və daşqınların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayı ümumilikdə 200-ə çatıb.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) bu günə qədər azı 2100 nəfərin xilas edildiyini açıqlayıb.

Qasırğa səbəbindən bölgədə yüzlərlə yol hələ də nəqliyyat üçün bağlanıb.

Qeyd edək ki, "helen" 2005-ci ildə Katrina qasırğasından sonra ABŞ ərazisini vuran ən ölümcül qasırğa olub.

Seymur BƏNNAYEV