ABŞ və İngiltərə aviasiyası Yəmənə hücum ETDİ
İranın dəstəklədiyi Husilər ABŞ və Böyük Britaniyanın Yəmənin Hudeyda şəhərinə 2 hava zərbəsi endirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Husilərə bağlı “Əl-Məsira” televiziyasının xəbərində ABŞ-İngiltərə koalisiyasına aid təyyarələrin Hudeydanın qərbindəki Əl-Cəbbanə bölgəsinə 2 hava hücumu təşkil etdiyi bildirilib.
Xəbərlərdə bombardman nəticəsində dəyən ziyanla bağlı məlumat verilməyib.
ABŞ və Böyük Britaniya hələlik hücumlarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Husilərin nəzarəti altında olan sahil şəhəri Hudeyda beynəlxalq hava limanı və 3 limanı olduğu üçün Yəmənin ən əhəmiyyətli şəhərlərindən biri hesab olunur.
Seymur BƏNNAYEV