Türkiyə Livan xalqının yanındadır - Türkiyə MTŞ
"Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin persona non-qrata elan edilməsi və ölkəyə girişinə qadağa qoyulması İsrailin qanunsuzluğunun son nümunəsi olaraq pislənir".
Redaktor.az xəbər verir ki, bu barədəTürkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) bəyanatında deyilir.
Bəyanatda Fələstin xalqının bir ildir bütün dünyanın gözü qarşısında məruz qaldığı soyqırımın dayandırılması, daimi atəşkəsin və sülhün təmin edilməsi üçün beynəlxalq səylərin, eləcə də Türkiyənin əzmkar səylərinin getdikcə daha çox davam etdirilməli olduğu, Türkiyənin Fələstin və Livan xalqının yanında olduğu vurğulanıb.
Münaqişənin Yaxın Şərqə yayılması məqsədi ilə İsrailin Fələstin ərazisindən kənarda yönəltdiyi hücumların qarşısını almaq üçün başda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası olmaqla, məsuliyyətli mövqedə olan tərəflərə müraciət edilib.
Bəyanatda Türkiyənin Aralıq dənizi və Egey dənizlərində daimi sabitlik və sülhün bərqərar olması, əməkdaşlıq üçün zəminlərin yaradılması istiqamətində göstərdiyi səmimi yanaşma və səylərdən sui-istifadəyə yol verməyəcəyi qeyd edilib və sağlam düşüncə ilə davranmağın ən yaxşı seçim olduğu vurğulanıb.
Seymur Bənnayev