Tatlısəsin qızı barəsində istintaq başladıldı
“Türk Hava Yolları”nın Bodrum-İstanbul reysi zamanı əvvəlcə stüardessa, sonra isə polislə mübahisə müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs barədə istintaq başladılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, “təhqir”, “təhdid” və “yüngül yaralama”da ittiham olunur.
Xatırladaq ki, müğənni Bodrum-İstanbul reysində pişiyi ilə bağlı ona xəbərdarlıq edən stüardessaya hücum edib. Dilan stüardessaların ondan şikayət etməsindən sonra polisin müşayiəti ilə polis bölməsinə aparılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb. Bu hadisədən sonra “Türk Hava Yolları” Dilan Çıtak Tatlısəsi qara siyahıya salıb.