Tehranda Həsən Nəsrullah ilə vida mərasimi KEÇİRİLİR

 10:55 04.10.2024     69

Tehranda Həsən Nəsrullah ilə vida mərasimi keçirilirTehranda Həsən Nəsrullah ilə vida mərasimi keçirilir

İranda Xomeyninin məqbərəsində Livan “Hizbullah”ının sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində ölən baş katibi Həsən Nəsrullah və onun silahdaşları ilə vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, məlumatı “Mehr” informasiya agentliyi yayıb.

Məlumata görə, yerli vaxtla səhər saat 11-də başlayacaq rəsmi vida mərasimi İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin cümə xütbəsi başlayanadək davam edəcək.

Qeyd edək ki, Həsən Nəsrullah İraqın Kərbəla şəhərində İmam Hüseynin qəbri ilə yanaşı dəfn olunacaq.