ABŞ İrana zərbə endirməyəcək

 11:12 04.10.2024     116

ABŞ raket hücumuna cavab olaraq İranı vurmaqda İsrailə qoşulmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“ABŞ və İsrail rəsmiləri İsrailin hərbi obyektlərə və enerji infrastrukturuna zərbə endirmə ehtimalını müzakirə edirlər. ABŞ-dən bildirilib ki, Vaşinqton zərbələrdə iştirak etmək niyyətində deyil”, - nəşr mənbələrə istinadən yazır.

Bundan əvvəl Avropa İttifaqı İsrailin İranın hücumuna cavab vermək qərarlarına çox az təsir göstərə biləcəklərini bildirib. 

Türkan İSGƏNDƏRLİ