Lavrov bu ölkənin sanksiyalarını ləğv etməyə çağırdı

 11:56 04.10.2024     297

Rusiya ABŞ-ni Əfqanıstanın sanksiyalarını ləğv etməyə çağırır.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib .

“Vaşinqton Əfqanıstana dəstək verdiyini bəyan etməklə yanaşı, əslində sanksiyalar təzyiqini saxlamaqla ölkənin inkişafını məhdudlaşdırır. Rusiya Qərbi və ABŞ-ni, xüsusən də Əfqanıstanın münaqişədən sonrakı bərpasında iştirak etməyə, sanksiyaları ləğv etməyə və mənimsənilmiş aktivləri qaytarmağa çağırır”, - diplomat qeyd edib.

Lavrov əlavə edib ki, Moskva Əfqanıstanla siyasi, ticarət və iqtisadi əlaqələri inkişaf etdirməyə davam edəcək.

Türkan İSGƏNDƏRLİ