NATO-nun üçüncü ən böyük ordusu - 205 min əsgər...

 12:53 04.10.2024     106

Polşa ordusunda əsgərlərin sayı 200 min nəfəri keçib. Beləliklə, güc baxımından NATO-nun üçüncü ən böyük ordusuna çevrilib.

Redaktor.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

“Biz artıq Fransanı qabaqlayırıq. Hazırda 205 min əsgərimiz var, ilin sonuna qədər 207 min və ya daha çox əsgər gözləyirik", - o deyib.

Qeyd edək ki, NATO ölkələri arasında ordu sayına görə hazırda ABŞ birinci, Türkiyə ikinci yerdədir.

Sevinc İBRAHİMZADƏ