Əfqanıstanda İŞİD qruplaşmaları yoxdur

 13:42 04.10.2024     169

Əfqanıstan ərazisində İŞİD qruplaşmaları yoxdur.

Redaktor.az xəbər verir ki, bunu ölkədəki hakim Taliban hərəkatının Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Mutaki deyib. 

“Əfqanıstan ərazisində terror aktları törədən o qruplar və qüvvələr bizə kənardan gəlib. İŞİD-ə gəlincə, ölkəmiz ərazisində qruplaşma üzvləri yoxdur. Əfqanıstan açıq-aydın təhlükəsiz dövlətdir", - diplomat qeyd edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ-ni Əfqanıstanın sanksiyalarını ləğv etməyə və ölkənin mənimsənilmiş aktivlərini qaytarmağa çağırıb.

Türkan İSGƏNDƏRLİ