"Hizbullah"ın daha bir komandiri həlak OLDUV

 14:26 04.10.2024     75

Beyrutda İsrailin hava hücumu nəticəsində "Hizbullah"ın rabitə bölməsinin komandiri zərəsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Rəşid Səkafi 2000-ci ildən "Hizbullah"ın kommunikasiyalarına rəhbərlik edib və qruplaşmanın rəhbərliyinə yaxın biri olub.

“Səkafi bütün əməliyyatlarda "Hizbullah"ın bölmələri arasında əlaqə imkanlarını inkişaf etdirmək, məlumat axınını saxlamaq üçün əhəmiyyətli səylər göstərib”, - deyə İsrail Müdafiə Qüvvələri bildirib.