Ukrayna Ordusunda döyüşən Gürcüstan vətəndaşına cinayət işi AÇILDI

 16:18 04.10.2024     241

Rusiyada Ukrayna Ordusunun tərkibində muzdlu kimi döyüşən Gürcüstan vətəndaşına cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində Kursk vilayətinə qanunsuz daxil olduğu üçün Gürcüstandan olan muzdlu Rati Burudliyə qarşı cinayət işi açılıb.

Burudli qətl, muzdluluq fəaliyyəti, Rusiya sərhədini qanunsuz keçmə, hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd etmə, əmlakı qəsdən məhv etmək və zədələməkdə şübhəli bilinir.