İsrail son 10 gündə 296 fələstinlini ÖLDÜRÜB

 17:30 04.10.2024     211

İsrail ordusunun son 10 gündə Qəzza zolağına həyata keçirdiyi hücumlarda 296 fələstinli həyatını itirib, 837 nəfər isə yaralanıb.

Redaktor.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 364 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 14 fələstinlinin həyatını itirdiyi, 50 fələstinlinin isə yaralandığı bildirilib.

Türkan İSGƏNDƏRLİ