Litva SEPAH-ı terror təşkilatı elan ETDİ

 19:43 04.10.2024     74

Litva İran İslam İnqilabı Keşikçiləri Korpusunu [SEPAH] terror təşkilatı elan edən ilk Aİ ölkəsi oldu.

Redaktor.az xəbər verir ki, Litva Seyminin bu qərarını jurnalistlərə parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Emanuelis Zingeris açıqlayıb.

“Aİ-də bu təşkilatın terrorçu xarakteri ilə bağlı bəyanat verən ilk biz olduq. İndi Daxili İşlər Nazirliyi SEPAH üzvlərinin Litva sərhədini keçməməsini təmin etməlidir", - o bildirib.