İran İsraili hədələdi: Enerji obyektlərini hədəf alacağıq!

 19:57 04.10.2024     100

İran İnqilab Keşikçiləri Ordusu komandanının müavini, briqada generalı Əli Fədəvi ölkəsinə qarşı hər hansı bir hücum olacağı təqdirdə, təbii qaz yataqları və neft emalı zavodları da daxil olmaqla, İsrailin bütün enerji resurslarını hədəf alacaqlarını bildirib.

Redaktor.az xəbər verir ki, Livanın əl-Məyadin televiziyasına danışan Fədəvi İsrailin ölkəsinə hücum ehtimalını dəyərləndirib.

İsrailin İrana hücumunun Təl-Əviv rəhbərliyi üçün "məhv" mənasına gələcəyini müdafiə edən Fədəvi deyib: "İşğalçı rejim səhv edərsə, bu rejimin bütün enerji qaynaqlarını, elektrik stansiyalarını, bütün neftayırma zavodlarını və qaz yataqlarını hədəfə alacağıq".

Seymur Bənnayev