ABŞ-dan Gürcüstanla bağlı gözlənilməz XƏBƏRDARLIQ

 21:11 04.10.2024     176

ABŞ-ın Gürcüstandakı səfirliyi respublikadakı amerikalılara elektron məktublar göndərərək onları parlament seçkiləri günü, oktyabrın 26-da insanların sıx olduğu yerlərə getməməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Xəbərdarlıqda deyilir ki, seçki günü anidən mitinqlər, aksiyalar keçirilə bilər.

Səfirlik bildirir ki, keçmişdə Gürcüstanda polisin zorakılığı ilə müşayiət olunan mitinqlər keçirilib və gələcəkdə də etirazlarda bu kimi halların olması istisna deyil.

Diplomatik missiya amerikalıları izdihamlı yerlərdə sayıq olmağa, etirazların keçirildiyi yerlərdən uzaq olmağa çağırıb.