Türkiyə ilə Ukrayna arasındakı razılaşma Rəsmi Qəzetdə dərc OLUNDU

 21:48 04.10.2024     192

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişi Rəsmi Qəzetdə iki nüsxədə dərc edilib.

Redaktor.az xəbər verir ki, 3 iyul 2022-ci il tarixində Kiyevdə imzalanan “Türkiyə Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında Azad Ticarət Sazişi” Prezident Ərdoğan tərəfindən təsdiqləndikdən sonra Rəsmi Qəzetdə yer alıb.

Bu kontekstdə iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılması və inkişaf etdirilməsi, iki ölkə xalqının həyat səviyyəsinin yüksəldilməsi, mal ticarətindəki çətinliklərin və məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması və ticarətin davamlı olaraq liberallaşdırılması hədəflənir. 

Bundan əlavə, saziş qarşılıqlı ticarəti genişləndirməklə tərəflər arasında iqtisadi əlaqələrin harmonik inkişafına töhfə vermək, ticarətdə maneələri aradan qaldırmaqla dünya ticarətinin ahəngdar inkişafına və genişlənməsinə töhfə vermək, ikitərəfli ticarəti təşviq etmək və ədalətli rəqabət şəraitini təmin etmək məqsədi daşıyır. 

Seymur BƏNNAYEV