Livandan Suriyaya 235 min insan KEÇİB

 22:00 04.10.2024     180

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Livan ofisinin rəhbəri Mathieu Lusiano, İsrailin hücumlarını davam etdirdiyi Livandan təxminən 235 min insanın Suriyaya keçdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Lusiano bu barədə BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında məlumat verib.

23 sentyabr-3 oktyabr tarixləri arasında təxminən 235 min nəfərin qurudan Suriyaya keçdiyini bildirən Lusiano, bunlardan 152 mini suriyalı, 82 mini isə livanlı olduğunu bildirib.

Lusiano eyni dövrdə Beyrut Hava Limanından 50 min nəfərin istifadə etdiyini, 1060 nəfərin isə dəniz yolu ilə ölkəni tərk etdiyini bildirib.

Seymur BƏNNAYEV