Bayden yenidən prezidentlik yarışına qayıdır?

 22:55 04.10.2024     186

2024-cü il seçkilərində iştirakdan imtina edən ABŞ Prezidenti Co Bayden ən yüksək hökumət postu uğrunda mübarizəyə yenidən qayıtdığını bildirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bunu zarafatla deyib.

Belə ki, Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. Ondan seçkidən çıxmaq və prezidentlik yarışına qayıtmaq qərarına yenidən baxıb-baxmayacağı soruşulub. "Mən qayıtdım", - deyə Bayden cavab verib.

Xatırladaq ki, Baydenin noyabrın 5-də keçiriləcək seçkilərdə Demokrat Partiyasını təmsil edəcəyi gözlənilirdi, lakin Respublikaçılar Partiyasının namizədi olmuş Trampla iyun debatındakı fəlakətli performansdan sonra o, yarışdan çəkilmək qərarına gəldi və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədi.

Turan İSMAYIL