BMT-nin baş katibi BRICS sammitində iştirak EDƏCƏK

 22:56 04.10.2024     77

BMT-nin baş katibi Antonio Quterreş Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Moskvadakı İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov bildirib.

“BMT-nin baş katibi Antonio Quterreş BRICS sammitində dəvətli şəxs kimi iştirak edəcək. Biz 2030-cu ilədək davamlı inkişaf gündəliyinin bütün məqsədlərinə nail olunması və bunun nəticəsində planetimizdə təhlükəsiz və firavan həyatın təmin edilməsi üçün sammitdə mühüm razılaşmaların əldə olunacağına ümid edirik”, - agentliyin müsahibi qeyd edib.