İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak OLUB

 23:33 04.10.2024     126

Yaxın Şərqdə münaqişənin demək olar ki, bir il davam edən gərginləşməsi zamanı İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub, 9,5 minə yaxını isə yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə fövqəladə hallara operativ reaksiya mərkəzinin koordinatoru, respublikanın ətraf mühit naziri Nasser Yasin məlumat verib.

“Son 24 saat ərzində 153 hava hücumu qeydə alınıb, nəticədə 37 nəfər ölüb, 151 nəfər isə yaralanıb. ", - deyə o bildirib.

Onun sözlərinə görə, ölkədə döyüşlər nəticəsində evlərini tərk etməyə məcbur olmuş köçkünlər üçün 931 mərkəz var.

Rəsmi statistikaya görə, bu mərkəzlərdə 172,1 min nəfər yerləşdirilib.