Netanyahu bunu həmişə xatırlamalıdır - Bayden

 23:56 04.10.2024     77

İsrail Baş naziri Benyamin Netanyahu xatırlamalıdır ki, hazırki ABŞ administrasiyası yəhudi dövlətinə heç kimin göstərmədiyi qədər yardım göstərib.

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib. 

“Netanyahu bu haqda düşünməlidir. Onun seçkilərə təsir göstərmək istəyib-istəmədiyini bilmirəm. Amma mən bunu nəzərə almıram”, - deyə Ağ Ev rəhbəri bildirib.