Türkiyə bu üç ermənini axtarır - 2024-cü il dekabrın 16-na kimi...

 11:16 05.10.2024     209

İstanbulun 10-cu Mülki Məhkəməsi qəzetdə İstanbulun Maslak səmtində 548 kvadratmetr torpaq sahəsinin sahiblərinin axtarıldığı elan dərc edib.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, həmin ərazi “Park Plaza” ilə “Windows Plaza”nın kəsişməsində yerləşir.

Qeyd olunur ki, 2024-cü il dekabrın 16-na kimi torpağın sahibləri tapılmasa, milyonlarla lirəlik torpaq Türkiyə xəzinəsinə keçəcək.

Torpağın sahibləri üç erməni - Karabet Çenq, Mari Yazjiyan və Nivart Doğanaidir.