Bu şirkətdən sərnişinlərə QADAĞA

 16:08 05.10.2024     225

“Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarını təyyarəyə götürməyi və ya baqaja təhvil verməyi qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

"Dubaya, Dubaydan və ya Dubay üzərindən reyslərlə səyahət edən bütün sərnişinlərə əl yükü və ya baqajda peycer və radio aparatları daşımaq qadağan edilir. Əl baqajında və ya baqajda aşkarlanan bu cür əşyalar Dubay polisi tərəfindən müsadirə olunacaq", - məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 17-18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. “Hizbullah” və Livan baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub. İsrail hökuməti bununla bağlı hələ heç bir münasibət bildirməyib.