Ukrayna ordusunun vəziyyəti pisləşdi
Donbasın Selidovo şəhəri ərazisində Ukrayna qüvvələri üçün cəbhə xəttində vəziyyət pisləşib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının 15-ci əməliyyat briqadasının mətbuat xidmətinin rəhbəri Vitali Milovidov bildirib.
“İndi biz Rusiya qüvvələrinin Selidovo şəhərinin cənubuna və şimalına doğru irəliləyərək bölmələrimizin mühasirəyə alınmasına şərait yaratmaq cəhdini görürük”, - o deyib.