Suriya BRİKS-ə qoşulmaq üçün müraciət edib?
BRİKS-ə qoşulmaq üçün "yazılı müraciət etmişik" sözləri rəsmi tərcümə prosesində yanlış səslənib.
Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri deyib.
"Suriya hələ də BRİKS-ə qoşulmaq üçün ciddi danışıqlar aparır", - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Suriyanın təşkilata üzv olmaq üçün yazılı müraciət göndərdiyi ilə bağlı məlumat yayılmışdı.