Gürcüstan sərhədində 200-dən çox yük maşını GÖZLƏYİR

 20:26 05.10.2024     78

Gürcüstan-Ermənistan sərhədində 233 yük maşınının növbəsi yaranıb.

Redaktor.az xəbər verir ki, yük maşınları Sadaxlıdan Ermənistana giriş üçün növbədə gözləyir.

Qeyd edək ki, oktyabrın 3-dən etibarən “Baqratşen”, “Bavra” və “Qoğavan” keçid məntəqələrində gömrük işçilərinin rotasiyası səbəbindən keçid məhdudlaşıb.