Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi KEÇİRİLİR

 20:40 05.10.2024     50

Almaniyanın paytaxtı Berlində HƏMAS-ın İsrailə qarşı radikal hücumunun ildönümü ərəfəsində Fələstinə dəstək üçün böyük nümayiş keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Fələstin tərəfdarı olan bir neçə yüz fəalın əllərində Fələstin bayraqları, plakatlar və bannerlər var.

Berlinin başqa bir yerində isə yəhudi dövlətinə dəstək aksiyası keçirilir. Fəallar əllərində İsrail bayraqları və İsraili dəstəkləyən plakatlar tuturlar.

Berlində asayişi 500-ə yaxın polis təmin edir.