MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

 21:13 05.10.2024     220

Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə keçmişdir.

Redaktor.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatlarının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciətində yer alıb.

Bildirilib ki, ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir.