Avropa iqtisadi inkişafda ABŞ-dan geri qalacaq - BVF rəhbəri

 22:08 05.10.2024     220

“Avropa iqtisadi inkişafda ABŞ-dan geri qalacaq”.

Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva bəyan edib.

Onun sözlərinə görə, ABŞ-da məhsuldarlıq artımı mövcud olsa da, Avropa bu yoxdur: “Hər iki tərəf təxminən eyni maliyyə aktivlərinə malikdir, lakin ABŞ-da onların üçdə ikisi kapital bazarları, Avropada isə konservativ bank sistemi vasitəsilə fəaliyyət göstərir”.

Kristalina Georgiyeva əlavə edib ki, Amerika iqtisadiyyatı daha rəqabətlidir: “Rusiya və Ukrayna arasında münaqişə nəticəsində enerji şokundan əziyyət çəkən Avropadan fərqli olaraq Amerika iqtisadiyyatının enerji müstəqilliyi mövcuddur.

ABŞ ucuz enerji bolluğuna malikdir, iqtisadiyyatı daha innovativdir və kapital bazarında işləyir. Əgər Avropa innovativ iqtisadiyyatın inkişafını sürətləndirməsə, kapital bazarı yaratmasa, Avropa pullarını daha səmərəli etməsə, onda onun ABŞ-dan geri qalması daha da artacaq”.

Çin haqqında danışan IMF rəhbəri onun tədqiqat fəaliyyətlərinə sərmayə yatırmaq səylərini alqışlayıb, lakin ölkənin daxili bazarına ciddi diqqət yetirməyi tövsiyə edib.