İsrail ordusu İrana cavab verəcəklərini vəd ETDİ
İsrail oktyabrın 1-də İranın ona qarşı həyata keçirdiyi iri raket hücumuna cavab verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.
“İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz bəlli olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. Belə ki, İrandan İsrailə 500-ə yaxın raket atılıb.