İran ən böyük təhlükədir, cavab verəcəyik - Netanyahu
İran İsrail dövlətinin mövcudluğu üçün ən böyük təhlükədir.
Redaktor.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, İsrail İranın raket hücumuna cavab verəcək:
“İsrailin özünü müdafiə etmək və İranın bu cür hücumlarına cavab vermək vəzifəsi və bütün hüquqları var və biz bunu edəcəyik”.
Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbəsi endirmişdi.