Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı VURDU

 23:35 05.10.2024     104

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

Redaktor.az “Report”a istinadən verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavod” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.